Xaçmazda kanalda bir nəfər batıb

xacmazda-kanalda-bir-nefer-batib
Oxunma sayı: 1157

Samur-Abşeron su kanalının Xaçmaz rayonunun Alıcqışlaq kəndindən keçən hissəsində 1 nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.