Xalq artisti səfirlə evli olub? - Açıqlama

xalq-artisti-sefirle-evli-olub
Oxunma sayı: 7078

Xalq artisti Həmidə Ömərova "Klip+" verilişinin qonağı olub.

"Qafqazinfo" xəbər verir ki, aktrisa proqramda maraqlı məqamlara toxunub.

Ömərova bir vaxtlar Polad Bülbüoğlu ilə ailə qurması barədə yayılan şayiələrə münasibət bildirib:

"Bir dəfə demişdilər ki, hətta toy şəkli də var. And da içirdilər ki, göstərəcəyik. Deyirdim, gətirsinlər baxım, maraqlıdır. Bəzən insanlar xülyalarını gerçəkləşdirmək istəyirlər. Ekranda aktyorları sevgili kimi görəndə, realda da belə olsun istəyirlər. Hətta deyirdilər açıq-saçıq səhnələrdə çəkilmişəm. Nə edim, belə xəbərlərə reaksiyam qəribə oldu. İnsanların işləri-gücləri qurtarıb? Yəqin paxıllıq hissi ilə bağlıdır".