Xalq artisti və xanımından xərçəng xəstəsi olan uşaqlara dəstək

xalq-artisti-ve-xanimindan-xerceng-xestesi-olan-usaqlara-destek
Oxunma sayı: 1459

Azərbaycanın Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Moskva Dövlət Konservatoriyasının Böyük zalında keçiriləcək “Dmitri Xvorostovski və dostlarından uşaqlara” adlı xeyriyyə konsertində çıxış edəcəklər.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, tədbir oktyabrın 21-də baş tutacaq. Eyvazov və Netrebkodan savayı səhnəyə Yekaterina Qubanova, Luka Salsi və İldar Abdrazakov çıxacaq. İzləyicilərin ariya, duet və məşhur operalardan uvertüralar dinləmək imkanı olacaq.

Bütün yığılan vəsait xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.