Xalq artistinə ağır itki üz verib

xalq-artistine-agir-itki-uz-verib
Oxunma sayı: 4253

Qarmon ifaçısı, Xalq artisti Ənvər Sadıqovun anası dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə caz pianoçusu, Əməkdar artist Emil Əfrasiyab Feysbuk hesabında məlumat verib.

“Çox üzücü xəbərlə sarsıldıq. Əziz qardaşımız Ənvərin və hamımızın anası – Tamilla anamız haqq dünyasına qovuşdu”, - musiqiçi sosial şəbəkədə yazıb.

Tamilla xanım aprelin 16-da vəfat edib.