Xalq artistinin oğlu qəzaya düşdü- - Video

xalq-artistinin-oglu-qezaya-dusdu-
Oxunma sayı: 8084


“Qafqazinfo” Kanal S-ə (Region TV) istinadən məlumat verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində baş verib. Qəza zamanı yolun ortasında manevr edərək əks yola keçmək istəyən "İsuzu" markal avtobus arxadan gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Avtomobilinin sürücüsü A.Qasımovun oğlu Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti normaldır.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.