Xalq artistinin xanımı nüfuzlu mükafata layiq görüldü

xalq-artistinin-xanimi-nufuzlu-mukafata-layiq-goruldu
Oxunma sayı: 2522

Stokholmda nüfuzlu “Polar” musiqi mükafatının laureatlarının adları açıqlanıb.

“Qafqazinfo”nun “Rossiya-Kultura” telekanalına istinadən məlumatına görə, onlar – Azərbaycanın Xalq artisti Yusif Heyvazovun həyat yoldaşı, dünyaca məşhur opera divası Anna Netrebko və amerikalı bəstəkar Dayan Uorrendir.  

Mükafatlar laureatlara iyunun 9-da Stokholmun “Grand Hotel”ində İsveç Kralı XVI Karl tərəfindən təqdim ediləcək. Hər ifaçıya ayrı-ayrılıqda 1 milyon kron (104 min ABŞ dollarına yaxın) məbləğində mükafat veriləcək.

“Polar” İsveçin məşhur “ABBA” qrupunun meneceri Stikkan Anderson tərəfindən təsis edilib. Bu məqsədlə o, 1989-cu ildə 42 milyon kron (4,2 milyon dollar) vəsaiti olan fond yaradıb. 1992-ci ildən mükafat təkcə populyar yox, həm də klassik musiqi ifaçılarına verilir.

Ayrı-ayrı illərdə Mstislav Rostropoviç, Valeri Qerqiyev, Sofiya Qubaydulina, Pol Makkartni, Bob Dilan, Stivi Uander, Elton Con kimi sənətçilər mükafatın laureatı olublar. 2019-cu ildə mükafata alman skripkaçı Anne-Sofi Mutter və amerikalı hip-hop ifaçısı Cozef Saddler layiq görülüblər.

Anna Netrebko

Dayan Uorren