Xanım məmur yüksək vəzifəyə təyin edildi - Foto

xanim-memur-yuksek-vezifeye-teyin-edildi
Oxunma sayı: 4843

Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.

O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.

Xatırladaq ki, M.Cavadova bu təyinadək başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində həmin vəzifə ləğv edilib.