Xankişi Kişiyev vəzifəsindən azad edildi - Yenilənib

xankisi-kisiyev-vezifesinden-azad-edildi
Oxunma sayı: 15687

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir yüksək vəzifəli şəxs vəzifəsini itirib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Baş direktor müavini Xankişi Kişiyev vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, məlumatı xeberler.az saytı yayıb. Məlumata görə, Xankişi Kişiyev bir neçə gün öncə öz ərizəsi ilə işdən ayrılıb.

Xatırladaq ki, bir müddət öncə Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Əliyev bu qurumun Baş direktoru vəzifəsinə təyin edilib.

***

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) işdən azad edilən  direktor müavini Xankişi Kişiyev açıqlama verib (anspress). Xankişi  Kişiyevin sözlərinə görə o, vəzifəsindən azad edilməyib: “Mən öz istəyimlə və şəxsi ərizəmlə işdən çıxmışam. Mart ayının 4-də işdən çıxmaqla bağlı ərizə yazdım. Ərizəm qəbul edilib və ayın 5-dən etibarən etibarən işə çıxmamışam. İşdən çıxmağımın xüsusi bir səbəbi yoxdur. Sadəcə eyni vəzifədə nə qədər işləmək olar ki?!”.