Xərçəng xəstəsi olan uşaqlara gizli şəkildə kömək etdi

xerceng-xestesi-olan-usaqlara-gizli-sekilde-komek-etdi
Oxunma sayı: 1895

Supermodel Çağla Şikel xeyriyyə addımını Türkiyə KİV-indən gizlədib.

“Qafqazinfo” “MyNet.com”a istinadən xəbər verir ki, Ç.Şikel müvafiq fonda məbləği açıqlanmayan vəsait köçürməklə onkoloji xəstəlikdən əziyyət çəkən 51 uşağa yardım edib. Yardım aprelin 23-də - Türkiyənin Milli Suverenlik və Uşaqlar Günündə edilib.

Çağla Şikel öz xeyriyyə fəaliyyətini gizlədirdi və nümayiş etdirmək istəmirdi, amma Türkiyə KİV-i bu faktı üzə çıxarmağa müvəffəq olub. Model açıqlamasında bunları deyib:

“Mən bu barədə xəbərin yayılmasını istəmədim və o, KİV-də mənim təşəbbüsüm olmadan çıxdı. Məlumatı məni xəstə uşaqlarla əlaqələndirən şirkət yayıb. Deyim ki, mən birinci il deyil ki, xeyriyyəçiliklə məşğul oluram, amma bunu reklam etmək niyyətində deyiləm”.

Qeyd edək ki, Türkiyənin məşhur modeli Çağla Şikelin atası azərbaycanlıdır və o, Qars şəhərindəndir. Podium ulduzu dəfələrlə açıqlamasında kökünün Azərbaycan türkü olduğunu bildirib.