Xərçəngdən sağalan Xüsusi Təyinatlı komandirə mənzil verildi - Foto

Xərçəngdən sağalan Xüsusi Təyinatlı komandirə mənzil verildi
Oxunma sayı: 4345

Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayev mənzillə təmin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Feysbukda paylaşım edib.

“Vətən Müharibəsi qəhrəmanımız Qəzənfər Ağayev də dövlətimiz tərəfindən mənzillə təmin olunanlar siyahısındadır. Yeni mənzilində xoş günlər yaşasın!”, - o qeyd edib.

Qeyd edək ki, Q.Ağayev müharibədə yaralanmaqla yanaşı, xərçəng xəstəliyindən də əziyyət çəkirdi. O, bir müddət əvvəl YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilmiş, müayinələrin nəticəsinə əsasən, həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilmiş, onda xərçəng hüceyrələrinin aşkar edilmədiyi barədə rəy verilmişdi.

Həmçinin oxuyun: Xərçəngdən əziyyət çəkən Xüsusi Təyinatlı komandirlə bağlı xoş xəbər