Xəstənin sağlam ayağını kəsən həkimlə bağlı - Cinayət işi açıldı

xestenin-saglam-ayagini-kesen-hekimle-bagli-
Oxunma sayı: 6734

Bakı Şəhər Prokurorluğu xəstə qadının sol ayağı əvəzinə sağ ayağını kəsən həkimlə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, iyunun 24-də uzun müddət diabed xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin “Xüsusiləşdirilmiş Angioloji Mərkəz” ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı toplanmış materialda T.Məmmədovanın sağlamlığına ehtiyyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə yoxlamalar aparılır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qanunverciliyə əsasən, bu maddə ilə təqsirləndirilən şəxsin günahı sübuta yetirilərsə o, beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.