“Xəzər Lənkəran”da oynamış futbolçu vəfat etdi - Foto

xezer-lenkeranda-oynamis-futbolcu-vefat-etdi
Oxunma sayı: 2580

Lənkəranda veteran futbolçu Valeh Zöhrabov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Cənub Regional Futbol Federasiyasının rəhbəri Sakin Məmmədzadə məlumat verib.

Bildirilib ki, 90-cı illərdə “Xəzər Lənkəran” futbol komandasında çıxış etmiş veteran futbolçu Valeh Zöhrabov ötən gün vaxtsız vəfat edib.