“Xəzər-Lənkəran”dan möhtəşəm qələbə - Video

xezer-lenkerandan-mohtesem-qelebe-video
Oxunma sayı: 685

“Qafqazinfo” xəbər verir ki, oyunqabağı görüşün təxirə salınacağı ilə bağlı xəbərlər yayılsa da, “Xəzər-Lənkəran” və “Neftçi” qarşılaşması başlayıb. Görüşün artıq 7-ci dəqiqəsində Lənkəran təmsilçisi hesabda önə keçib. Dmitrios Sialmas fərqlənərək meydan sahiblərini 1-0 önə keçirib.

Oyunun 52-ci dəqiqəsində hakim Fariz Yusifov “Xəzər Lənkəran” ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Kanales bu zərbəni qola çevirə bildi.

Adrian Pit 84-cü dəqiqədə vurduğu qol ilə “Xəzər-Lənkəran”ı 2-1 önə çəkdi.

Beləliklə, “Xəzər-Lənkəran” əzəli rəqibi Neftçini məğlub etdi.

Qeyd edək ki, oyundan əvvəl “Caspian Ultras” və “Neftçimaniya” fan-klubları arasında dava düşüb. İlkin məlumatlara görə, “Neftçimaniya”nın 30-a yaxın üzvü həbs olunub. Hazırda onlar Lənkəran şəhər Polis İdarəsində saxlanılır.