Xəzərdə duzsuzlaşdırma zavodu üzrə saziş imzalandı

xezerde-duzsuzlasdirma-zavodu-uzre-sazis-imzalandi
Oxunma sayı: 3768

Xəzər dənizində duzsuzlaşdırma zavodunun tikintisi üzrə Dövlət-Özəl Tərəfdaşlıq sazişi imzalanıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Xəzər dənizi suyu duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və saxlanmasına dair Dövlət-Özəl Tərəfdaşlıq Sazişi imzalanıb.

Sazişi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və ACWA Power şirkətinin baş icraçı direktoru Marco Arcelli imzalayıblar.