Xırdalanda sərnişin avtobusu piyadanı vurub öldürdü

xirdalanda-sernisin-avtobusu-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1978

Abşeronda 517 nömrəli marşrut avtobusu yolu keçmək istəyən piyadanı vurub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Piyada, 1957-ci il təvəllüdlü Əsgərov Cavanşir İlyas oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.