Xoşqədəmin ATV-dəki rüsvayçılığı - Video

xosqedemin-atv-deki-rusvayciligi-
Oxunma sayı: 22746

Meydan TV Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının çəkilişlərindən birinin görüntüsünü əldə edib.

Qafqazinfo” xəbər verir ki, həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir. Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.

Məlumat üçün deyək ki, Xoşqədəm Hidayətqızı ATV-ni tərk etdikdən sonra veriliş ətrafında qalmaqal yaşanmışdı.

Telekanalın rəhbəri Vüqar Qaradağlı layihənin ATV-yə məxsus olduğunu deyirdi. Ancaq Xoşqədəm Hidayətqızı mətbuat konfransı keçirərək, layihənin müəllifi olduğunu, Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçdiyini bildirmişdi.

Məsələ ilə bağlı ATV rəhbəri V. Qaradağlı danışmaq istəməyib.

X. Hidayətqızı isə bildirib ki, o ATV rəhbərliyinin icazəsi olmadan heç bir addım atmayıb. "Mən bilmirəm indi şantaj xarakterli nə hazırlayıblar. Amma mən ATV rəhbərliyinin razılığı olmadan heç bir çəkiliş həyata keçirməmişəm".

Onu da qeyd edək ki, "Bu şəhərdə"nin son konsertində də X. Hidayətqızının ATV-dəki süni şouları bütün çılpaqlığı ilə ifşa olunmuşdu.