“Xosrov və Şirin”i onlar oynadı - Fotolar

xosrov-ve-sirini-onlar-oynadi
Oxunma sayı: 5773

Azərbaycanda dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan serial çəkilib.

“Qafqazinfo” xəbər verir ki, “Xosrov və Şirin” adlı serial 12 bölümdən ibarətdir və İctimai Televiziyanın efirində yayımlanacaq.

Layihədə Xalq artisti Tariyel Qasımov, Əməkdar artistlər Mələk Abbaszadə, Bəhruz Vaqifoğlu, aktrisa-aparıcı Kəmalə Piriyeva, aktyor-model Rüstəm Cəbrayılov və başqaları yer alıb.

Ekran işi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.