Yağış İstanbulu iflic etdi - Fotolar + Video

yagis-istanbulu-iflic-etdi
Oxunma sayı: 914

Dünən gecə İstanbulda başlayan yağış şəhəri iflic edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yağış suları avtomobillərin hərəkətinə maneə yaradıb. Güclü leysan nəticəsində avtobus dayanacaqları, metro stansiyalarını su basıb.

Yaranan vəziyyətlə bağlı İstanbul valiliyi vətəndaşlara tvitter vasitəsilə xəbərdarlıq edib və zəruri olmadıqca şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edib. 

Aysel Kərimova