Yağış yağdı, Binəqədi bu vəziyyətə düşdü - Video

yagis-yagdi-bineqedi-bu-veziyyete-dusdu
Oxunma sayı: 3878

Bakıya günorta saatlarında yağan qısamüddətli yağış paytaxt küçələrində müəyyən çətinliklərə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Binəqədinin bəzi küçələrində yolları su basıb.

Görüntülərdə Baş Dövlət Yol Polisi İdarəsindən kənd Binəqədi istiqamətində gedən yol əks olunub.

“Azərsu” ASC-dən isə məsələ ilə bağlı bildirilib ki, ərazidə yağış-kanalizasiya infrastrukturu yoxdur.