Yağışlı hava davam edəcək

yagisli-hava-davam-edecek
Oxunma sayı: 6850

Bakıda və Abşeron yarımadasında yağışlı hava müşahidə olunur.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, xidmət tərəfindən öncədən verilən məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və yağışlı hava şəraitinin gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir:

“Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var”.