“Yalançı, fırıldaqçı, ikiüzlü...” - Deputat işdən çıxarılan icra başçısı haqda

yalanci-firildaqci-ikiuzlu
Oxunma sayı: 6729


Millət vəkili Etibar Hüseynov işdən çıxarılan icra başçısını sərt tənqid edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, özünün facebook hesabında bu barədə yazan deputat qeyd edib ki, Nazim Veyisovun işdən azad olunmasına bütün şəmkirlilər kimi o da sevinib: “Çünki hələ indiyə kimi onun qədər Şəmkir və şəmkirlilərə bu qədər ziyan və pislik etmiş ikinci birisi olmamışdır. Yalançı, fırıldaqçı, ikiüzlü birisi.. Şəmkirlilər onu həmişə nifrət və hiddətlə anacaq”.

Qeyd edək ki, oktyabrın 8-də prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov vəzifəsindən azad edilib. Digər sərəncamla Alimpaşa Adil oğlu Məmmədov həmin posta təyin edilib.

Murad Əhməd