“Yalvardılar, sonra dedilər, pulumuz yoxdur...” - Xalq artisti əsəbiləşdi

yalvardilar-sonra-dediler-pulumuz-yoxdur
Oxunma sayı: 857

Xalq artisti Rasim Balayev çəkildiyi "Sara" filminin təqdimatına qatılmaması ilə bağlı açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, o, Yeniçağ.az-a açıqlamasında qala gecəsinə gəlməməsini səhhətindəki narahatlıqla izah edib:

“Belimdə ağrılar vardı, istəmədim belə vəziyyətdə gəlim. Həm də axsaya-axsaya səhnəyə çıxmaq mənə yaraşmaz”.

Aktyor filmə çəkilməsindən də danışıb:

“Mən əslində o filmə çəkilmək istəmirdim. Gəldilər, yalvardılar, dostlarımı minnətçi saldılar. Qonorara çatanda dedilər çəkil, amma pulumuz yoxdur. Mən də dedim bu necə olur, dilənçixana-zaddır bəyəm? Əgər pulunuz yoxdursa, nə vacibdir film çəkirsiniz? Nə isə axırda razılıq verdim. Qonorarın miqdarı barədə isə heç danışmağa dəyməz”