Yanğın SOCAR-ın bu obyektində baş verib - Yeni görüntülər - Yenilənib

yangin-socar-in-bu-obyektinde-bas-verib
Oxunma sayı: 9571

Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonu ərazisində yanğın baş verib.

FHN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neft-qaz Elmi Tədqiqat Layihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

FHN-in məlumatına görə, müəssisə ərazisində baş vermiş yanğın qurumun qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-in məlumatına görə, Bakının Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neft-qaz Elmi Tədqiqat Layihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.