Yanğınla bağlı qərargah yaradıldı, sakinlər təxliyyə edildi

yanginla-bagli-qerargah-yaradildi-sakinler-texliyye-edildi
Oxunma sayı: 3557

Xəbər verdiyimiz kimi,  bu gün səhər saatlarında Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro City” ticarət mərkəzində güclü yanğın başlayıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğının söndürülməsi istiqamətində Qərargah yaradılıb.

Hazırda ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir.

Həmçinin oxuyun: “Metro City” ticarət mərkəzi yanır - Video

Sahibkarlar mallarını yanğından çıxarmağa çalışır - Fotolar