“Yango” şirkətinin tərəfdaşı olan taksi parkları 1000-dən çox yeni avtomobil alıb

yango-sirketinin-terefdasi-olan-taksi-parklari-1000-den-cox-yeni-avtomobil-alib
Oxunma sayı: 3150

“Yango” şirkətinin tərəfdaşı olan taksi parkları 1000-dən çox yeni avtomobil alıb və xəttə buraxıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda aparıcı taksi sifarişi servislərindən biri olan “Yango” şirkəti bu yaxınlarda tərəfdaşların avtomobil parkının yenilənməsi proqramına start verib.

Bu isə taksi parklarına sərfəli şərtlərlə avtomobil krediti əldə etməyə imkan verir. 

Proqrama start verildikdən etibarən “Yango”nun tərəfdaşı olan daşıyıcı şirkətlər 1000-dən çox yeni avtomobil satın alıb.

Proqram həm servisin tərəfdaşlarına dəstək olmaq, həm də sərnişinlərə göstərilən xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır.

Proqramın şərtlərinə cavab verən taksi parkları yeni avtomobillərin alınması və lizinqi üçün güzəştli kredit şərtlərindən faydalanaraq avtomobil parklarını yeniləmək imkanı əldə edir. 

“Yango”nun dəstəyi sayəsində biz 100-dən çox yeni avtomobil ala bildik. Ümid edirik ki, bu, sərnişinlərə komfortlu xidmət göstərməyə imkan verəcək.

Avtomobil parkımızın yenilənməsini il ərzində davam etdirməyi planlaşdırırıq”, - servislə əməkdaşlıq edən parklardan birinin direktoru Raqif Hüseynli bildirib.

Proqram haqqında daha ətraflı məlumat əldə etmək üçün tərəfdaşlar “Yango” servisinin nümayəndələri ilə əlaqə saxlaya bilərlər.