YAP-çı deputatdan Etibar Hüseynova etiraz- - "Aşağılamaq olmaz"

yap-ci-deputatdan-etibar-huseynova-etiraz-
Oxunma sayı: 2487


“Qafqazinfo”nun məlumatına görə, o, bununla bağlı fikrini şəxsi facebook səhifəsində bölüşüb:

“Bu gün həmkarım Etibar Hüseynov saat 15:00-da “Məhsul” stadionunda mitinqdə iştirak edən şəxslər barədə aşağılayıcı şərh yazıb.

Mən onun bu sözlərinə etirazımı bildirirəm.

Kimin nə siyasi əqidədə olmasından asılı olmayaraq onun şəxsiyyətinə toxunmaq, onu aşağılamaq olmaz.

Mən mitinqçilərin fikri və şüarları ilə razı deyiləm və həmişə onlarla siyasi polemikada olacağam.

Ancaq Azərbaycan hüquqi, demokratik ölkədir və hər kəsin sərbəst düşünmə və qanunla qadağan edilməyən siyasi mövqe tutmaq hüququ vardır. Dövlətimiz bu hüquqların təminatçısıdır, məhz belə aksiyada hər kəsin həm hüququ qorunur, həm də hər bir iddialı siyasi qüvvənin gücü görünür”.

Qeyd edək ki, Etibar Hüseynov bu gün qoyun sürüsü şəkli paylaşaraq mitinqə gedən şəxsləri təhqir etmişdi.

Günel Türksoy