Yaralılar Ərdoğanın təyyarəsi ilə aparıldı - Video

yaralilar-erdoganin-teyyaresi-ile-aparildi
Oxunma sayı: 4120

Türkiyədə zəlzələ nəticəsində yaralanan biri uşaq olmaqla, 4 nəfər ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ilə Ankaraya aparılıb.

Bu barədə “Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Prezident təyyarəsi ilə aparılan yaralılar Adıyamanda dağıntılar altından çıxarılıb. Onlar Ankara şəhər xəstəxanasına yerləşdirilib. 

Digər yaralılar isə Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə, eləcə də ölkənin Səhiyyə Nazirliyinə aid ambulans-təyyarə ilə paytaxta aparılıb.