Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar.
“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər.
Təranə Kərimova (xəsarət alan): ““Kamaz”ın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu”.
Aytən Quluzadə (xəsarət alan): “Heç nə bilmirəm. Heç nə görə bilmədim. Yadımdan çıxıb, xatırlamıram”.
Bəybala Manafov (xəsarət alan): “Başımla sinəmdən xəsarət aldım. Nəfəsim gəlmədi, özümü itirdim”.
Oqtay Əsgərli (xəsarət alan): ““Kamaz” sabit dayanmışdı. Bizdə sürət var idi. Elə də çox xatırlamıram”.
Sumqayıt Dövlət Universitetinin rektoru mikroavtobusdakı sərnişinlərin hamısının tələbə olduğunu təsdiq edib.
Faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər