Yarımstansiyada yanğın

yarimstansiyada-yangin
Oxunma sayı: 648

Lerikdə yanğın hadisəsi qeydə alınıb. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın ümumi sahəsi  250 m2 olan tikilidə baş verib. Tikilinin içərisində yerləşən yarımstansiyanın 3 ədəd elektrik açarı və 15 p.m elektrik kabeli yanıb. 

Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.