Yasamalda naməlum kişi meyiti tapılıb - Foto

yasamalda-namelum-kisi-meyiti-tapilib
Oxunma sayı: 2788

Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kişi meyitinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlik şəxsiyyətin müəyyən edilməsi məqsədilə onun fotosunu yayıb. 

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (tel: (012) 434-02-02) zəng vuraraq məlumat vermələri xahiş olunur.