Yasamalda şəhidin il mərasimi keçirildi - Fotolar

yasamalda-sehidin-il-merasimi-kecirildi
Oxunma sayı: 1060

Bu gün Vətən müharibəsinin şəhidi İlqar Ramazanlının xatirəsi ailə üzvləri və Yasamal rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib.

“Qafqazinfo” xəbər verir ki, şəhadətə qovuşmasının bir illiyində II Fəxri xiyabanda İlqar Ramazanlının məzarı ziyarət olunub və ruhuna dualar oxunub. 

Dövlət Himni səsləndirilib, şəhid hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP rayon təşkilatının və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Yasamal RİH başçısı Elşad Həsənov bildirib ki, İlqar Ramazanlı müharibədə göstərdiyi sücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif edilib: “Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizi böyük Zəfərə qovuşdurdu. Şəhid ailələri və qazilərin qayğı və ehtiyaclarına xüsusi diqqət göstərilir”.