Yaşlı kişi metroda öldü

yasli-kisi-metroda-oldu
Oxunma sayı: 2823

Bu gün səhər saatlarında metroda yaşlı sərnişin vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O qeyd edib ki, bu gün səhər 08:10 radələrində yaşlı bir kişi qatarda özünü pis hiss edib:

“Həmin sərnişin "28 May" stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb. Hadisə yerinə Təcili Tibbi Yardım dərhal çağırılıb və ölüm faktını təsdiq edib”.