“Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı qaydalar açıqlanacaq”

yaxin-gunlerde-muellimlerin-geyimi-ile-bagli-qaydalar-aciqlanacaq
Oxunma sayı: 988

“Təhsil verənlərin geyimlərinə dəyişiklik edilməsindən danışılarkən burada vahid formadan yox, müəyyən qayda və tələblərdən söhbət gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

“Müəllimin geyimi müəyyən bir formada tədris prosesinə, şagirdlərin davranışına, ümumiyyətlə məktəb mühitinə təsir edir. Bununla bağlı qaydalar müəyyən edildikdən sonra təbii ki, ictimaiyyətə müvafiq açıqlamaların verilməsi daha düzgün olar. Yaxın günlərdə bu qaydalarla bağlı ictimaiyyətə məlumat veriləcək”, - nazir əlavə edib.

Gülnar Əliyeva