Yeni federasiya yaradıldı

yeni-federasiya-yaradildi
Oxunma sayı: 1170


 “Qafqazinfo” xəbər verir ki, Dünya Alpağut Federasiyası-Turan Döyüş sistemləri ( W.A.F- World Alpagut Federation ) beynəlxalq idman təşkilatı rəsmi olaraq qeydiyyatdan keçib. Bu döyüş sənəti sistemlərinin və təşkilatının yaranmasının ideya müəllifi və qurucusu tanınmış beynəlxalq dərəcəli idman üstası, türk döyüş sənəti üstası Vasif Namazovdur. 

Hal hazırda Vasif Namazov tərəfindən  imtahan proqramı, təlim proqramı, hakimlik proqramı, özünümüdafiə (küçə döyüşü) proqramı və eyni zamanda yarışma proqramları hazırlanmaqdadır.  Alınan məlumata görə burada 3 sistemli (A, B, C) yarışma qaydaları olacaq. 1-ci  sistem Aypara (Hilal) , 2-ci sistem Batur (Cəngavər), 3-cü sistem isə Caymaz (Cəsur) adlanır.


İqbal