Yeniyetmə güləşçilərimiz dünya çempionatında mübarizə aparır

yeniyetme-gulescilerimiz-dunya-cempionatinda-mubarize-aparir
Oxunma sayı: 691

Sərbəst güləş yığmamız artıq Macarıstandadır. Böyük məşqçilər Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında heyyətdə Vurğun Əliyev (42 kq), Ruslan Surxayev (46 kq), Mircəlal Həsənzadə (50 kq), Sultan Nəsrullayev (54 kq), Elçin Məmmədov (58 kq), Gitinomaqomed Hacıyev (63 kq), Elmar İsmayılov (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Səid Həmidov (100 kq) yer alıb.

Yeniyetmə qızlarımız son Avropa çempionatında 4 güləşçi ilə təmsil olunduqlarına görə, dünya çempionatında da 4 güləşçimiz mübarizə apara bilər. Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyində Dünya çempionatına Sahilə Ələkbərova (38 kq), Aydan Səfərli (46 kq), Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) yollanacaq.

Çempionatın son günlərində mübarizəyə qoşulacaq yunan-Roma güləşçiləri böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayev, məşqçi Əfsər Namazəliyevin başçılığı altında hazırlıqlarını davam etdirir. Heyyətdə Ramiz Məmmədov (42 kq), Kərim Cəfərov (46 kq), Murad Bazarov (50 kq), Murad Məmmədov (54 kq), Elman Muxtarov (58 kq), Hacımurad Bağmanov (69 kq), Elməddin Ramazanov (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çöpsiyevin yer alması gözlənilir.