Yeniyetmələr evdən 4 minlik oğurluq etdi

yeniyetmeler-evden-4-minlik-ogurluq-etdi
Oxunma sayı: 984

Xəzər rayonunda oğurluq hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 24-də qeydə alınıb. 

Rayon ərazisindəki evlərin birindən 550 ABŞ dollar və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıblar.