Yerevanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 50-dən çox kriminal avtoritet saxlanılaraq müxtəlif polis şöbələrinə aparılıblar. Onların saxlanılma səbəbi açıqlanmır.
Qeyd edək ki, saxlanılanlar arasında “Pnduk”, “Kahin”, “Katsin”, Kyartu”, “Tzbex”, “Duşeş”, “İkibir” ləqəbli kriminal avtoritetlər var.
Son xəbərlər
Son Xəbərlər