Yevlaxda iki qardaş mağazadan oğurluq etdi

yevlaxda-iki-qardas-magazadan-ogurluq-etdi
Oxunma sayı: 1079

Yevlax rayonunda iki qardaş mağazadan oğurluq edib.

Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-nə keçən gecə mağazalardan birindən 400 manat pul, 2 ədəd mobil telefon, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakinləri S.Olamadze və qardaşı saxlanılıb.