Yevlaxlı əsgər faciəli şəkildə öldü

yevlaxli-esger-facieli-sekilde-oldu
Oxunma sayı: 2269


“Qafqazinfo” “xəbərdar.az”a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində batan 1995-ci il təvəllüdlü Elvin Bəxtiyar oğlu Əbdürrəhmanov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri olub.

Mərhum Yevlax rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bu gün 1995-сü il təvəllüdlü Elvin Əbdülrəhmanovun Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsindən keçən hissəsində batması barədə məlumat yayıb. 

Allah rəhmət eləsin!