Yıldız Tilbeni polis bölməsinə apardılar

yildiz-tilbeni-polis-bolmesine-apardilar
Oxunma sayı: 638

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenin başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, sənətçi tətil üçün getdiyi Çeşmədə avtomobil qəzasına düşüb. 

O, maşınını vuran sürücü ilə böyük mübahisə etməyə başlayıb. 

Hər iki şəxsin davasına polis əməkdaşları müdaxilə edib. Onları polis bölməsinə aparıblar. 

Tilbe daha sonra xəstəxanadan zorakılıqla bağlı sənəd alıb və qarşı tərəfdən şikayətçi olub.