Yolu keçmək istəyən uşağı maşın vurub öldürdü - Yenilənib

yolu-kecmek-isteyen-usagi-masin-vurub-oldurdu
Oxunma sayı: 2469

Tərtərdə yolu keçmək istəyən yeddi yaşlı uşağı maşın vurub.

“Qafqazinfo”nun məlumatına görə, Tərtər rayonu, Xoruzlu kənd sakini, 2014-cü il təvəllüdlü Məmmədova Gülşən Allaverdi qızı kənd ərazisində yolu keçmək istəyən zaman onu VAZ 2106 markalı minik avtomobili vurub.

Ağır xəsarətlər alan azyaşlı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vəziyəti ağır olan G.Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Tural Hüseynli