Yük maşını ilə iki qadını vurana hökm oxundu

yuk-masini-ile-iki-qadini-vurana-hokm-oxundu
Oxunma sayı: 643

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi yük maşını ilə iki qadını vurub, birini öldürməkdə təqsirləndirilən Rahib Vəliyevə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.Vəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Qeyd edək ki, 2017-ci il iyulun 28-də  Quba rayonunun Digah kəndində  yaşayan R.Vəliyev idarə etdiyi "KAMAZ” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib. Bu zaman "KAMAZ" həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub. B.Atluxanova hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən S.Tahirovanın həyatını xilas etmək mümkün olub.

Murad Əhməd