“Yüksəliş”dəki zəhərlənməyə görə Xalq artistinin qızına cinayət işi açıldı

yukselisdeki-zeherlenmeye-gore-xalq-artistinin-qizina-cinayet-isi-acildi
Oxunma sayı: 6888

Ötən ilin sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə məhkəmə işi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, imtahanda yeməkləri təmin edən “Super Servis Keyterinqi”nin rəhbəri Tamilla Sadıxova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham edilir.

İbtidai istintaq yekunlaşdırılaraq Binəqədi rayon məhkəməsinə göndərilib. Aprelin 13-nə təyin edilən ilkin hazırlıq iclası təxirə salınıb. Hakim Aygün Qurbanovun sədrliyi ilə aprelin 28-də hazırlıq iclası keçiriləcək. Zərərçəkənlər 70 iştirakçı və "Yüksəliş" İctimai Birliyidir.

Qeyd edək ki, APA-nın verdiyi xəbərə görə, T.Sadıxova Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıxovun qızıdır.