Yunanıstan parlamentində dava düşdü - Fotolar

yunanistan-parlamentinde-dava-dusdu
Oxunma sayı: 1215

Yunanıstan parlamentində deputatlar arasında dava düşüb. 

“Qafqazinfo” “Washington Post” a istinadən xəbər verir ki, deputat Konstantinos Floros debat zamanı onu nalayiq sözlərlə təhqir edən sağçı Vasilis Qrammenosa yumruqla zərbə endirib.

Polisin Florosu saxladığı bildirilir.

O, Cinayət Məcəlləsinin 157-ci maddəsi (siyasi orqana və ya hökumətə qarşı zorakılıq) əsasında həbs edilib.

Parlamentin sədri Konstantinos Tasulas bildirib ki, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, deputata qarşı zorakılıq edən şəxs 10 ilədək müddətə azadlıqdan məhrum ediilə bilər. Burada parlamentdaxili şəxslər üçün müəyyən güzəştdən söz gedə bilər.