Yunanıstanda güclü zəlzələ olub

yunanistanda-guclu-zelzele-olub
Oxunma sayı: 1809

Yunanıstan sahillərində 5,7 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 6,9 min nəfərin yaşadığı Filiatra şəhərindən 36 km qərbdə, ocağı isə 16 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.