Yüzlərlə insan “Əl-Şəfa” xəstəxanasını tərk edib - Yenilənib

yuzlerle-insan-el-sefa-xestexanasini-terk-edib
Oxunma sayı: 1949

İsrail hərbçiləri Qəzza zolağında yerləşən “Əl-Şəfa” xəstəxanasının təxliyəsini tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Əl-Cəzirə” telekanalı yayıb. 

Məlumata görə, xəstəxananın personalı, pasiyentləri və orada sığınan insanlar 1 saat ərzində məkanı boşaltmalıdırlar.

***

“France-Presse” agentliyinin məlumatına görə, yüzlərlə insan “Əl-Şəfa” xəstəxanasını tərk edib.

Bununla belə, xəstəxanada hələ 450 xəstənin qaldığı bildirilir.