Zabuxa köçənlərin sayı artır - Fotolar

zabuxa-kocenlerin-sayi-artir
Oxunma sayı: 1903

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb.

Beləliklə, indiyədək Zabux kəndində 203 ailənin (783 nəfər) daimi məskunlaşması təmin edilib.