Zakir Həsənovun müavini işdən çıxarıldı - Yeni təyinat

zakir-hesenovun-muavini-isden-cixarildi
Oxunma sayı: 10407

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.