Zaqatalada qəza - 7 nəfər xəsarət alıb+Yenilənib

zaqatalada-qeza
Oxunma sayı: 581

Zaqatalada iki minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü rayonun Svagil kənd sakini Tevruzov Şəhmir Əlimirzə oğlunun idarə etdiyi “Vaz 21010” markalı və  Aşağı Tala kənd sakini 1957-ci il təvəllüdlü Qurbanov Əli Kamil oğlunun idarə etdiyi “Opel” markalı iki avtomobil toqquşub.

Hadisə zamanı “Vaz 21010” dakı sərnişin rayonun Svagil kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Cəmil Cəmil oğlu müxtəlif sınıq xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsi ilə əlaqədar 7 nəfər (4 kişi, 3 qadın) 29.12.2025-ci il tarixində saat 15:40 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir.

3 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir.

Mübariz Muradov