Zavodda oğurluq olub

zavodda-ogurluq-olub
Oxunma sayı: 650

Noyabrın 9-da II Mədən küçəsində yerləşən “B. Sərdarov” adına zavodun ərazisindəki sexdən mərmər plitələr və dəmir borular oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Fərhad Şıxəliyev, həmin zavodda mühafizəçi işləyən Asif Zəkiyev və qardaşı Vasif yaxalanıb.

Noyabrın 11-i saat 18:30 radələrində Aeroport-Bakı şossesində Sabunçu körpüsünün altında Neftçala rayon sakini Fuad Dadaşov idarə etdiyi “Volksvagen-Passat” markalı avtomobillə Kürdəmir rayon sakini Ruslan Pənahovu vurub, nəticədə piyadaçı hadisə yerində ölüb.

Avqust ayından oktyabrın 25-dək olan müddətdə Goranboy rayon sakini Rahib Həşimov satıcı işlədiyi, S. S. Axundov küçəsində yerləşən mağazadan 3000 manat dəyərində mobil telefon və aksesuarlar, oktyabrın 23-də həmin mağazada satıcı işləyən Turanə Mehdiyevaya məxsus şəxsiyyət vəsiqəsini və onun Aydınbəyov küçəsində yaşadığı evdən diqqəti yayındırma yolu ilə 40 manat oğurladığı üçün Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Yusif Nuriyev tutulmuşdur. Müəyyən edilib ki, o, oktyabrın 14-nə keçən gecə Sabunçu qəsəbəsi Xəstəxanayanı küçəsində yaşayan Aminə Məmmədovanın evindən açıq qapıdan keçmə yolu ilə 670 manat, mobil telefon, şəxsiyyət vəsiqəsi, qızıl-zinət əşyaları, oktyabrın 25-nə keçən gecə Sabunçu qəsəbəsi şəhər şossesində yaşayan Mirmehdi Ağaoğlunun evindən açıq qapıdan daxil olma yolu ilə 3 ədəd mobil telefon, qızıl-gümüş üzük və noyabrın 6-da Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsində yaşayan Azər Əmiraslonovun evindən açıq qapıdan keçmə yolu ilə mobil telefon oğurlanıb.

Oktyabrın 28-nə keçən gecə S. Əsgərova küçəsində yerləşən, Mirkazım Mahmudova məxsus mağazadan qapını sındırma yolu ilə 300 manat, danışıq kartları, mobil telefon və siqaretlər oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Aydın Tağızadə noyabrın 10-da tutulub.

Yasamal RPİ 29-cu PB və PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Elşən Mirzəyev noyabrın 10-da yaxalanıb.